Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etmiş Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cəfərov tutulmuşlar

22.10.2007

Saat 14.30 radələrində 2 naməlum şəxs Xətai rayonundakı Babək prospektində Bakı şəhər sakini Xəyal Mehdiyevin idarə etdiyi "Mercedes" markalı avtomaşına sərnişin qismində oturub onu bıçaqla hədələyərək mobil telefonunu almışlar. Hadisəni törədənlərdən biri, Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cəfərov DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulmuş, araşdırmalar aparılması üçün Xətai RPİ-nin 37-ci PB-nə təhvil verilmişdir. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni Etibar adlı şəxslə birgə törətməsi müəyyən edilmişdir. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.