Ağcabədi rayonunun Arasbar kəndində yol-nəqliyyat hadisəsi
15.10.2007Saat 21.00 radələrində Ağcabədi rayonunun Arasbar kəndində, kənd sakini Qırımxan Piriyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış Q.Piriyev və sərnişini, qardaşı Ələkbər xəstəxanaya yerləşdirilmişlər. Q.Piriyev orada ölmüşdür. Ağcabədi RPŞ tərəfindən araşdırmalar aparılır.