DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

"Şıx" çimərliyində münaqişə baş vermişdir

26.07.2005

Saat 19.00 radələrində "Şıx" çimərliyində 2 naməlum şəxs sərxoş halda, Lökbatan qəsəbə sakinləri Aysel Qəmbərova və Şəbnəm Əliyevanı zorla dənizə aparmaq istərkən aralarında münaqişə baş vermişdir. Orada xidmət aparan Bakı BPİ Çevik Polis Alayının əməkdaşları hadisənin səbəbini araşdırıb qarşısını almaq istərkən, Bakı şəhər sakinləri Arif Qasımov, Aslan Səfərov, Zaur Babayev, Araz Cəfərov və Tural Əhmədov polisin qanuni tələblərinə tabe olmamış, onlara xəsarət yetirmişlər. Polisə müqavimət göstərənlər tutulmuş və Səbail RPİ-yə gətirilmişlər. Araşdırmalar aparılır.