DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
05.10.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gədəbəy RPŞ əməkdaşları Dəyəqarabulaq kənd bələdiyyəsinə məxsus 0,65 hektar sahədən yabanı halda bitmiş, çəkisi 830 kiloqram olan 1880 ədəd çətənə kolunu yığaraq məhv etmişlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Kazımovdan 0,365 qram heroin, Nizami RPİ əməkdaşları Gürcüstan vətəndaşı Meçuari İrakli Malxasoviçdən 0,251 qram heroin götürmüşlər.