Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi RPİ əməkdaşları "VAZ 21099" markalı avtomaşından silah-sursat götürmüşlər

21.07.2005

Nəsimi RPİ əməkdaşları polis baş serjantları Samir İsmayılov, Əsgər Baxşəliyev və Mövlan Əlibəyov inzibati ərazidə xidmət apararkən "VAZ 21099" markalı avtomaşında oturan 5 nəfər şəxsin özlərini şübhəli apardıqlarını gördükdə onlardan sənədlərini təqdim etmələrini tələb etmişlər. Avtomaşında olan sərnişinlərdən biri "PM" markalı tapançadan atəş açaraq, M.Əlibəyovu yaralamışdır. M.Əlibəyov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. Avtomaşında olanlardan sürücü, Bakı şəhər sakinləri Emil Hacıverdiyev və Arif Hacıyev tutulmuşlar. A.Hacıyevdən 1 ədəd "PM" markalı tapança, 2 ədəd patron darağı 15 ədəd patron götürülmüşdşür.Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsivə tutulmsı üçün tədbirlər görülür. Avtomaşına baxış zamanı 1 ədəd AK-74 silahı, 4 ədəd avtomat darağı, 120 ədəd patron, 2 ədəd qumbara, 14 ədəd tapança patronu, 1 ədəd bıçaq, 2 ədəd mobil telefon, 2 ədəd giliz, 3 ədəd hərbi geyim, 1 ədəd "PSM 700" markalı gecəgörmə cihazı, 1 qutu partlayıcı maddə götürülmüşdür.