Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınmışdır

21.07.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 17-ı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.