Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonundakı R.Behbudov küçəsində yol-nəqliyyat hadisəsi

04.10.2007

Saat 23.05 radələrində Nəsimi rayonundakı R.Behbudov küçəsində Bakı şəhər sakini Elvin Xudaverdiyev idarə etdiyi "Mersedes" markalı avtomaşınla yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün həmin ərazidə xidmət aparan Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Məzahir Fətəliyev tərəfindən saxlanma işarəsi verilmişdir. Buna məhəl qoymayan E.Xudaverdiyev avtomaşını M.Fətəliyevin üstünə sürərək ona yüngül xəsarət yetirmişdir. M.Fətəliyevə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Nəsimi RPİ tərəfindən araşdırmalar aparılır.