Sabirabad rayonu Qarağac kəndi ərazisində yol-qəza hadisəsi
20.07.2005Saat 03.30 radələrində Sabirabad rayonu Qarağac kəndi ərazisində Bərdə rayon sakini Nəsif Xasməmmədovun idarə etdiyi "VAZ 2103" markalı və Əli Bayramlı şəhər sakini İzzət Mahmudovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə N.Xasməmmədov hadisə yerində ölmüş, xəsarət almış digər sürücü və 3 sərnişin, arvadı Rusalə, qayınatası Xaqul Abdullayev və qayınanası Gülzadə isə xəstəxanaya yerləşdirilmişlər.