Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dito Axveldianı və Mamestşaraşvili Bidzinanı qətlə yetirmiş Elşən Məmmədov və Emil Mustafayev tutulmuşlar

27.09.2007

Avqustun 28-də Qazax rayonunun Abbasbəyli kəndinin yaxınlığındakı "Çoğaz" su anbarında oldu silahdan qətlə yetirilmiş Rusiya Federasiyası vətəndaşı Dito Axveldianinin, avqustun 30-da isə bıçaq və odlu silahdan qətlə yetirilmiş Rusiya Federasiyası vətəndaşı Mamestşaraşvili Bidzinanın meyitləri tapılmışdır. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlləri törətmiş Qazax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşən Məmmədov və Emil Mustafayev tutulmuşlar. E.Məmmədovun evinə baxış zamanı qətlə yetirilmişlərə məxsus 1 ədəd musiqi mərkəzi aşkar edilərək götürülmüşdür.