Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 13 cinayət faktı qeydə alınmışdır

18.07.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 13 cinayət faktı qeydə alınmışdır ki, onların da 10-u «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır. Gün ərzində 8 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.

18.07.2005 tarixinə olan kriminal məlumatlar