DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
21.09.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Cəbrayıl rayon sakini Oruc Əliyevdən 0,214 qram heroin, DİN Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Ramin Məmmədovdan 0,236 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşları Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəhim Xeyrullayevdən 0,231 qram heroin, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Bəhlul Əliyevdən isə 6,29 qram marixuana, Yardımlı RPŞ əməkdaşları Zevin kənd sakini Əli Mirzəyevdən 0,5 qram heroin götürmüşlər.