Soyğunçuluq etmiş Yevlax rayon sakini Emin Xəlilov tutulmuş, Məhəərrəm adlı şəxsin tutulması üçün tədbirlər görülür
10.09.2007Avqustun 28-də Nərimanov rayonundakı Təbriz küçəsində, Yevlax rayon sakini Emin Xəlilov Məhərrəm adlı şəxslə birgə Zərdab rayon sakini Dünyamalı Məhərrəmovu bıçaqla hədəlyərək qızıl üzüyünü, mobil telefonunu, qol saatını və 100 manatını ondan almışlar. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Xəlilov tutulmuş, Məhərrəm adlı şəxsin tutulması üçün tədbirlər görülür. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.