Bakı şəhər sakini Rövşən Qasımov soyğunçuluq etdiyi üçün tutulmuşdur
29.08.2007Saat 00.15 radələrində Nərimanov rayonundakı F.Xoyski prospektində Bakı şəhər sakini Rövşən Qasımov Bakı şəhər sakini Könül Məmmədovaya məxsus aptekə daxil olub bıçaqla ona hədə-qorxu gələrək pul və tərkibində narkotik maddələr olan dərman preparatları tələb etdiyi üçün oranın işçiləri tərəfindən tutulmuşdur. Ondan 0,77 qram tiryək götürülmüşdür. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.