Buzovna qəsəbəsində yol-nəqliyyat hadisəsi
17.07.2007İyulun 18-i saat 03.00 radələrində Buzovna qəsəbəsində, qəsəbə sakini İlham Məmmədov "Qazel" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Şuşa rayon sakini Rəhman Kamalova məxsus "Kamaz" markalı avtomaşına vurmuşdur. Nəticədə İ.Məmmədov və sərnişini, 40-45 yaşlı kişi hadisə yerində ölmüşdür. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.