Bakı şəhər sakini Fatma Həsənova insan alveri ilə məşğul olduğuna görə tutulmuşdur
17.07.2007DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fatma Həsənova bir qrup şəxslə cinayət əlaqəsinə girib, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb onları cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulmuşdur.