Şəmkir rayonunun Sarıtəpə kəndində yol-nəqliyyat hadisəsi
14.07.2007Saat 20.00 radələrində Şəmkir rayonunun Sarıtəpə kəndində, Tovuz rayon sakini Yaşar Sadıqov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə Y.Sadıqovun sərnişinləri, həmyerliləri Müşfiq Hacıyev, Vüqar Aslanov və Məqsəd Cəfərov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. M.Cəfərov orada ölmüşdür.