Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonunun Düyərli kəndində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

14.07.2007

İyulun 15-də saat 03.30 radələrində Şəmkir rayonunun Düyərli kəndində Türkiyə vətəndaşı Hasan Tarımın idarə etdiyi "Mercedes" markalı və Sumqayıt şəhər sakini Cəbrayıl Ramazanovun idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə C.Ramazanov və sərnişinlərindən Sumqayıt şəhər sakinləri Gülnar Namazova, Tural Quliyev, Samir Quliyev, Pərvanə Nəcəfova, Tovuz rayon sakini Fədail Muradov və onun oğlu, 2005-ci il təvəllüdlü Fərid hadisə yerində ölmüş, 13 sərnişin, habelə H.Tarım və sərnişini, Türkiyə vətəndaşı Asif Yiyit xəstəxanaya yerləşdirilmişlər. Onlardan 11 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.