DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitən xaş-xaş kolları yığılaraq məhv edilmişdir
14.07.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı RPŞ əməkdaşları Arvana kəndinin ərazisində 110 hektar sahədən yabanı halda bitmiş, çəkisi 20 ton olan 40 min ədəd xaş-xaş kolu yığılaraq məhv edilmişlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nizami RPİ 23-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəcəb Qazıyevdən 2,226 kiloqram marixuana, Əzizbəyov RPİ 3-cü PB əməkdaşları Pirallahı qəsəbə sakini Marat Alxasovdan 0,167 qram heroin, Binəqədi RPİ 6-cı PB əməkdaşları Sulu-Təpə qəsəbə sakini Ədalət Qurbanovdan 0,215 qram heroin, Zaqatala RPŞ əməkdaşları Balakən rayon sakini Sahib Baydarovdan 6,1 qram marixuana, Abşeron RPŞ əməkdaşları Masazır qəsəbə sakini Zaur Məlikzadədən 0,213 qram heroin götürülmüşlər.