Gün ərzində 19 cinayət faktı qeydə alınmışdır
13.07.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 19 cinayət faktı qeydə alınmışdır ki, onların da 17-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 8 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. - 5 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.