DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir
13.07.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Elşən Qurbanovdan 0,454 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Elnur Yusifovdan 2,31 qram həşiş götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəmkir RPŞ əməkdaşları Bayramlı kəndi ərazisində 2,7 hektar sahədən yabanı halda bitmiş, çəkisi 9429 kiloqram olan 5437 ədəd çətənə kolları yığaraq məhv etmişlər.