Gəncə şəhərindəki T.Ağalı küçəsində şadlıq sarayının inşasında baş verən qəza zamanı bir nəfər ölmüş, bir nəfər xəsarət almışdır
13.07.2007Gəncə şəhərindəki T.Ağalı küçəsində inşa edilən şadlıq sarayının beton piltəsi uçmuşdur. Nəticədə orada fəhlə işləyənlərdən Qazax rayon sakini Asif Qurbanov ölmüş, Samux rayon sakini Cəmaləddin Əliyev isə xəsarət almışdır. Araşdırmalar aparılır.