Bakı şəhər sakini Anar Ağayev Hüseyn Cəbrayılovun qısqanclıq zəminində bıçaqla yetirdiyi xəsarətdən ölmüşdür
11.07.2007İyulun 12-də Yalama qəsəbəsinin ərazisində Şamaxı rayon sakini Hüseyn Cəbrayılov qısqanclıq zəminində Bakı şəhər sakini Anar Ağayevə bıçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev orada ölmüşdür. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Cəbrayılov tutulmuşdur.