DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv edilmişdir
27.06.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Cinayət-Axtarış İdarəsi və Qaradağ RPİ əməkdaşları Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Camal Sadıqovdan 0,35 qram tiryək, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Hacıqabul şəhər sakini Bəxtiyar Haqverdiyevdən 0,285 qram heroin, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini Vladimir Sapurindən 0,196 qram heroin, Suraxanı RPİ 31-ci PB əməkdaşları qəsəbə sakini Ramil Quliyevdən 0,69 qram tiryək, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini İlqar Məcidovdan 0,2 qram heroin, Şamaxı RPŞ əməkdaşları şəhər sakini Hacıbala Bəkirovdan 1,4 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakinləri Tofiq Talıbzadədən 0,214 qram heroin, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən isə 0,309 qram heroin götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən RPŞ əməkdaşları Roçəhməd kəndinin ərazisində 5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 9,9 ton olan 9800 ədəd, Daşkəsən RPŞ əməkdaşları Alaxançallar kəndinin ərazisində 0,30 hektar sahədən yabanı halda bitmiş, çəkisi 218 kiloqram olan 2367 ədəd, İsmayıllı RPŞ əməkdaşları Aşağı Cülyan kəndinin ərazisində 1,2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 960 kiloqram olan 1560 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.