Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır
25.06.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmışdır ki, onların da 27-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. - 4 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 39 nəfər tutulmuşdur.