Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

25.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Göyçay rayon sakini Habil Məmmədovdan 12,01 qram marixuana, Nizami RPİ 23-cü PB əməkdaşları Bakı şəhər sakini Salman Nuriyevdən 32,59 qram tiryək, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakinləri İlqar Heybətovdan 0,198 qram heroin, Əjdər Məmmədquliyevin evinə baxış zamanı 0,2215 qram heroin və satışı məhdudlaşdırılmış 3 ədəd diazepam həbi, Goranboy RPŞ əməkdaşları Cinli-Boluslu kənd sakini Əbülfət Musyevin evinə baxış zamanı 71,15 qram marixuana, Hacıqabul RPŞ əməkdaşları Əli Bayramlı şəhər sakini Fərəc Bəşirovun «VAZ-21011» markalı avtomaşınına baxış zamanı 1,119 qram heroin götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəki ŞRPŞ əməkdaşları rayonun Aşağı Daşağıl kəndinin ərazisində 2 hektar sahədən yabanı halda bitmiş, çəkisi 11,5 ton olan 115.000 ədəd çətənə kolunu yığaraq məhv etmişlər.