Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun girişində yol-nəqliyyat hadisəsi

17.06.2007

Saat 02:30 radələrində Cəlilabad rayonunun girişində, rayon sakinləri Əhəd Məmmədovun idarə etdiyi "Mercedes" markalı, Sakit Alışovun idarə etdiyi "VAZ-21011" markalı, Zakir Məmmədovun idarə etdiyi "VAZ-2101" markalı və Bakı şəhər sakini Ceyhun Fərəcovun idarə etdiyi "VAZ-2109" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Z.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış Ə.Məmmədov, S.Alışov və C.Fərəcov isə xəstəxanaya yerləşdirilmişlər.