DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
17.06.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail RPİ 8-ci PB əməkdaşları Pirallahı qəsəbə sakini Nazim Əliyevdən 0,219 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Telman Hüseynovdan 0,77 qram tiryək, Gəncə ŞPİ əməkdaşları şəhər sakini Samir Abbasovdan 2,16 qram marixuana və 0,052 qram heroin götürmüşlər, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı İvan Kazaçkenko 0,312 qram heroini satarkən tutulmuşdur.