DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
16.06.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai RPİ 34-cü PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İnqilab Zərnicatdan 6,245 qram marixuana, Xaçmaz RPŞ əməkdaşları Ağtala kənd sakini, əvvəllər məhkum olunmuş Əlövsət Cəbiyevdən 7,44 qram marixuana, Dəvəçi RPŞ əməkdaşları Quba rayon sakini Firudin Səfərovdan 2,4 qram tiryək, Ağcabədi RPŞ əməkdaşları rayon sakini Məzahir Şükürovdan 6,8 qram marixuana götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ağdaş RPŞ əməkdaşları Aral-1 kəndinin ərazisində 2,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 980 kiloqram olan 1442 ədəd, Şəmkir RPŞ əməkdaşları Düyərli kəndi ərazisində 0,60 hektar sahədən yabanı halda bitmiş, çəkisi 147 kiloqram olan 496 ədəd, İmişli RPŞ əməkdaşları Əliyetməzli kəndinin ərazisində 1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 568 kiloqram olan 319 ədəd, Naxçıvan MR DİN Narkotiklərlə Mübarizə İdarəsi və Şərur RPŞ əməkdaşları Şərur rayonunun ərazisində 1,7 hektar sahədən yabanı halda bitmiş, çəkisi 200 kiloqram olan 900 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.