Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş

12.06.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Xanlar RPŞ əməkdaşları tərəfindən Göyçə kəndinin ərazisində 0,80 hektar sahədən yabanı halda bitmiş, çəkisi 1400 kiloqram olan 4255 ədəd, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Goranboy RPŞ əməkdaşları tərəfindən Səfikürd kəndinin ərazisində 0,4 hektar sahədən yabanı halda bitmiş, çəkisi 612 kiloqram olan 1006 ədəd, Tovuz RPŞ əməkdaşları tərəfindən Aşağı Quşçu kəndinin ərazisində 0,1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2650 kiloqram olan 7300 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir. Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fətəlikənd kənd sakini Zahid Fətullayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 1 kiloqram 110 qram olan 31 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ 28-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Şıxəliyevdən 0,190 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Mahir Ələkbərovdan 1,661 qram tiryək, Cəlilabad RPŞ əməkdaşları Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Məmmədovdan 2 qram heroin götürmüşlər.