Əzizbəyov rayonu ərazisində yol-nəqliyyat-hadisəsi
09.06.2007Saat 22:00 radələrində Əzizbəyov rayonu ərazisində Balaxanı qəsəbə sakini Ədalət Həsənovun idarə etdiyi "VAZ-21011" markalı və Ramana qəsəbə sakini Samir Süleymanovun idarə etdiyi "Tofaş" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "Tofaş" markalı avtomaşının sərnişini, Beyləqan rayon sakini İbrahim Rəhimov və Buzovna qəsəbə sakini Abbas Məmmədov hadisə yerində ölmüş, xəsarət almış Ə.Həsənov və sərnişinləri, Buzovna qəsəbə sakinləri Ruzigar Rəhimova, Məhburə Cəfərova isə xəstəxanaya yerləşdirilmişlər.