Salyan rayonunun Kürsəngi kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
08.06.2007Saat 22:00 radələrində Salyan rayonunun Kürsəngi kəndinin ərazisində Lənkəran rayon sakini Fəxrəddin Əliyev "Ford" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərdən, Masallı rayon sakini İbadət Nurəliyev və 25-30 yaşlı kişi hadisə yerində ölmüş, F.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdirilmişlər.