Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

«Kapital» bankın inkassator maşını qarət olunmuşdur

29.06.2005

İyunun 29-da saat 14.30 radələrində Şəmkir rayonunun Yastı-Meşə adlanan ərazisində maska geyinmiş 2 naməlum şəxs, Tovuz rayonundan Gədəbəy rayonu istiqamətində hərəkət edən, «Kapital» bankın sürücü-inkassatoru Zirəddin Sadıqovun idarə etdiyi banka məxsus «VAZ 2106» markalı avtomaşına silahlı basqın etmişlər. Basqın zamanı Z.Sadıqov hadisə yerindən qaçmış, sərnişin, bankın iqtisadçısı Arif Bayramov 300 milyon manat pulla birgə cinayətkarlar tərəfindən avtomaşında aparılmışdır. Hadisə yerindən 3 ədəd ov tüfənginin gilizi və 1 ədəd kapron ip aşkar edilərək götürülmüşdür. Avtomaşın sonradan hadisə yerinin yaxınlığında tapılmışdır. Avtomaşına baxış zamanı arxa şüşədə güllə yeri, banka məxsus 1 ədəd «TT» markalı tapança, 5 milyon manat pul və 1 ədəd çek kitabçası aşkar edilmişdir. Faktla əlaqədar cinayət işi qaldırılıb, əməliyyat-axtarış tədbirləri aparılır.