Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 25 cinayət faktı qeydə alınmışdır

19.04.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 25 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. - 2 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.