Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır
18.04.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayət faktı qeydə alınmışdır ki, onların da 27-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. - 2 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.