Əzizbəyov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.04.2007Saat 11:00 radələrində Əzizbəyov rayonu ərazisində İsmayıllı rayon sakini Ramil Vəliyev "Mercedes Benz-220" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Bakı şəhər sakini Musa Səmədovun idarə etdiyi "VAZ-2104" markalı avtomaşına vurmuşdur. Nəticədə "VAZ-2104" markalı avtomaşının sərnişinləri Leonid Persilov və Əkrəm Nəsirov hadisə yerində ölmüşlər.