DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
18.04.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Lənkəran rayon sakini Samid Hüseynovdan 0,81 qram heroin, Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Salamovdan 0,81 qram tiryək, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakinləri Rüfət Babayevdən 0,412 qram, əvvəllər məhkum olunmuş Namiq Əhmədovdan isə 0,232 qram heroin, Ucar RPŞ əməkdaşları isə Qarabörk kənd sakini Maarif Şükürovdan 0,157 qram heroin götürmüşlər.