Hüquq-mühafizə oqanları tərəfindən çətənə kolları yığılaraq məhv edilmişdir
20.06.2005Baş Narkotiklərlə Mübarizə İdarəsi və Astara RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin rayonun ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 20 ton olan 200 min ədəd xaş-xaş kolu, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin rayonun ərazisində 60 sot sahədə yabanı halda bitmiş, çəkisi 1400 kiloqram olan 6800 ədəd çətənə kolu, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çeşməli kəni ərazisində 10 sot sahədə yabanı halda bitmiş, çəkisi 1700 kiloqram olan 34 min ədəd çətənə kolu, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində 0,13 hektar sahədə yabanı halda bitmiş, çəkisi 335 kiloqram olan 1500 ədəd xaş-xaş kolu yığılaraq məhv edilmişdir.