Gün ərzində 13 cinayət faktı qeydə alınmışdır
20.03.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 13 cinayət faktı qeydə alınmışdır ki, onların da 7-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır. - 6 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.