Xaçmaz rayon sakini Hacıxan Məsimov münaqişə zəminində Zakir Kərimovu boğaraq qətlə yetirmişdir
07.03.2007Martın 6-da saat 19.00 radələrində, Xaçmaz rayonunun Xudatkənd kənd sakini Bəhmən İmanovun həyətində tikinti işləri aparan Ənigoba kənd sakini Hacıxan Məsimov münaqişə zəminində Xudat şəhər sakini Zakir Kərimovu boğaraq qətlə yetirmişdir. Xaçmaz RPŞ əməkdaşları tərəfindən H.Məsimov tutulmuşdur.