Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 35 cinayət faktı qeydə alınmışdır

04.03.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. - 6 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.