DİO əməkadaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
04.03.2007DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağcabədi RPŞ əməkdaşlarının rayon ərazisində keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Beyləqan rayonunun Tatarlı kənd sakini, əvvəllər məhkum olunmuş Sərvan Rüstəmov 6 kiloqram 380 qram marixuananı 8000 dollara satarkən tutulmuş, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini Vilayət Vəliyevdən 501 qram heroin, DİN Baş Cinayət-Axtarış İdarəsi və Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Əliyevdən 10,18 qram marixuana, Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbə sakini Şamil Əsədovdan 0,035 qram heroin, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İlkin Mustafayevdən 0,370 qram heroin, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elmar Məmmədovdan 0,415 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Elşən Novruzdan 0,207 qram heroin, Elxan Heydərovdan isə 0,214 qram heroin götürülmüşdür.