Saatlı şəhəri Azərbaycan Xiyabanı küçəsində yol-nəqliyyat hadisəsi
02.01.2007Saat 18:35 radələrində, Saatlı şəhəri Azərbaycan Xiyabanı küçəsində, Cəbrayıl rayon sakini İlham Balacayev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə, İ.Balacayevin xəsarət almış sərnişini, həmyerlisi Asif Əbilov xəstəxanaya aparılarkən yolda ölmüşdür.