Yevlax-Ağdam yolunun Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.12.2006Saat 16.30 radələrində Yevlax-Ağdam yolunun Bərdə rayonu ərazisində rayonun Otuzikilər kənd sakini Nicat Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı və Gəncə şəhər sakini İlham Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, sərnişinlərdən kənd sakini Niyaməddin Həsənov və Gəncə şəhər sakini Fərman Qasımov hadisə yerində ölmüş, xəsarət almış N.Allahverdiyev və sərnişinləri, Mahirə Tanrıverdiyeva, Seva Mustafayeva, Rəfiqə Salmanova, Miryəhya Həsənov, İ.Hüseynov və sərnişinləri, həmyerliləri Nüşabə Qasımova, Firuzə Qasımova və Əli Məmmədov isə xəstəxanaya yerləşdirilmişlər.