Xəzər Dəniz Gəmi İstehsalat Birliyində, "Şamxor" gəmisində qaynaq işləri aparılarkən partlayış baş vermişdir
18.12.2006Saat 14:20 radələrində, Xəzər Dəniz Gəmi İstehsalat Birliyində, "Şamxor" gəmisində qaynaq işləri aparılarkən partlayış baş vermişdir. Nəticədə orada işləyənlərdən Cəlil Qurbanlı ölmüş, xəsarət almış Kamil Ələsgərov, Vahid Məmmədəliyev, Qənimət İbrahimov, Elçin Musayev və Adil Fərzəliyev isə xəstəxanaya yerləşdirilmişlər.