Quba rayonunun Rustov kəndində, kənd sakini Minasər Əhmədovanın evində yanğın baş vermişdir
18.12.2006Saat 00:10 radələrində, Quba rayonunun Rustov kəndində, kənd sakini Minasər Əhmədovanın evində yanğın baş vermişdir. Yanğın qonşuluqda yaşayan Kübra Əliyevanın və Sabitə Əhmədovanın evlərinə də keçmişdir. Nəticədə bütövlükdə evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, N.Əhmədova aldığı yanıq xəsarətindən ölmüş, gəlini Mehribana və onun qızı Gulyaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.