Xaldan-Balakən yolunun Qax rayonunun Qorağan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.12.2006Saat 20:20 radələrində, Xaldan-Balakən yolunun Qax rayonunun Qorağan kəndi ərazisində, rayon sakini Füzuli Əliyev "Tofaş" markalı avtomaşını idarə edəkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə F.Əliyevin sərnişinləri, rayon sakinləri Kamil Məmmədov, Elnur Namazov və Mingəçevir şəhər sakini İldırım Nəsibov hadisə yerində ölmüş, xəsarət almış F.Əliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.