Allahmədəti kənd sakini İlyas Bədəlov qısqanclıq zəminində bacısı Ülkəri qətlə yetirmişdir
24.11.2006İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, cari ilin avqust ayının 28-də, saat 22.00 radələrində Allahmədəti kənd sakini İlyas Bədəlov qısqanclıq zəminində bacısı Ülkəri qətlə yetirmiş, meyitini isə yaşadığı evin zirzəmisində basdırmışdır. Ü.Bədəlovanın meyiti 24.11.2006-cı il tarixdə basdırıldığı yerdən çıxarılmışdır. İ.Bədəlov tutulmuşdur.