Daşkəsən-Gəncə yolunun Xanlar rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.11.2006Saat 15.00 radələrində Daşkəsən-Gəncə yolunun Xanlar rayonu ərazisində Gəncə şəhər sakini Sərdar Verdiyev "Ford" markalı avtomaşını idarə edərkən, Xanlar rayon sakini Əmir Nəbiyevi vurmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Nəbiyev orada ölmüşdür.