Sumqayıt şəhəri Koroğlu küçəsində yol-qəza hadisəsi
24.10.2006Saat 22:30 radələrində, Sumqayıt şəhəri Koroğlu küçəsində, şəhər sakinləri Emin Quliyevin idarə etdiyi "VAZ-2105" markalı və Abbas Abbasovun idarə etdiyi "VAZ-2101» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və sərnişini, şəhər sakini Xəyal Ağayev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.