Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hövsan qəsəbəsi ərazisində yol-qəza hadisəsi

24.10.2006

Saat 15:00 radələrində, Hövsan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Emin Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında dayanmış, Hövsan qəsəbə sakini Rauf Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşını vurmuş, sonradan isə yoldan çıxaraq hasara dəymişdir. Nəticədə xəsarət almış E.Əliyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.